"Sabah"ın sabiq baş məşqçisi Elşad Əhmədov: "Komanda "Borussiya"ya da qalib gələ bilər"
Far.Az xəbər saytı

"Sabah"ın sabiq baş məşqçisi Elşad Əhmədov: "Komanda "Borussiya"ya da qalib gələ bilər"


"Sabah" komandası "Borussiya"ya (Dortmund, Almaniya) qarşı yaxşı oyun sərgiləsə, qalib gələ bilər.

Bunu "Far.Az"a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Elşad Əhmədov deyib.

Mütəxəssis Bakı təmsilçisinin ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Slaviya"nı (Çexiya) məğlub etməsindən danışıb:

"Sabah"a birmənalı şəkildə "əhsən" demək istəyirəm. Çünki bu gün Liqa mərhələsinə düşmək asan deyil. "Slaviya"ya qarşı da gözəl oyun izlədik və nəticədə qələbə gəldi. Komanda sürətli oyuna üstünlük verirdi. Bir çox epizodlarda isə rəqibinə oynamağa imkan vermirdi. Bütün bunlar sevindirici amillərdir".

O, qarşıda "Sabah"ı daha çətin oyunların gözlədiyini bildirib:

"Sabah" bundan sonra daha çətin rəqiblərlə qarşılaşacaq və inanıram ki, bu matçların heç birində təslim olmayacaq. Hətta "Mançester Yunayted"ə səfərdə 0:4 uduzarkən belə, komanda pis çıxış etməmişdi, rəqibdən qorxmamışdı. "Mançester Yunayted"in gücü hər kəsə bəllidir. Düşünürəm ki, "Sabah" "Borussiya" ilə oyunda da yaxşı oyun sərgiləsə, xal əldə edə, hətta qələbə də qazana bilər".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə "Borussiya"ya qarşı keçirəcək.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər