Deklan Rays "Arsenal"la yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays "Arsenal" klubu ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.
"Far.Az" "BBC Sport"a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir.
27 yaşlı futbolçunun London klubu ilə müqaviləsinin müddəti növbəti mövsümün sonunda başa çatır.
Yeni müqaviləyə əsasən, oyunçunun həftəlik 240 min funt-sterlinq olan maaşının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu artımla o, həftədə təxminən 350 min funt-sterlinq qazanan klubun ən yüksək ödənişli futbolçusu Bukayo Saka ilə eyni səviyyəyə çatacaq.
Qeyd edək ki, D.Rays 2023-cü ilin iyulunda 105 milyon funt-sterlinq müqabilində "Vest Hem"dən "Arsenal"a keçib. Yarımmüdafiəçi komandanın heyətində 165 matça çıxıb. O, İngiltərə millisində 80 oyun keçirib.
Oxşar xəbərlər
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Bukayo Saka "Arsenal"ın tarixində ən çox maaş alan futbolçu olacaq
"Arsenal" Bukayo Saka ilə müqavilənin müddətini uzadıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb













