Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub
Far.Az xəbər saytı

Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub


İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub.

"Far.Az" "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb.

Sisse 19 yaş 358 günlüyündə het-trikə imza atıb.

Əvvəlki göstərici cəmi iki gün əvvəl "Brügge"nin (Belçika) hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilmişdi. O, çərşənbə axşamı UEFA Çempionlar Liqasında A Seriyasının digər təmsilçisi "İnter"lə oyunda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı.

Qeyd edək ki, N.Trezoldinin nəticəsinə qədər rekord 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında "Monako" ilə görüşdə (4:1) üç dəfə fərqlənən Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər