Hesablama Palatası və DVX maliyyə hesabatlılığı sahəsində birgə müzakirə platforması yaradıb
Dövlət maliyyəsinin effektiv idarə olunmasının, maliyyə nizam-intizamının möhkəmləndirilməsinin və şəffaflığın təmin edilməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə "Dövlət maliyyəsinin idarə edilməsində aktual məsələlər: vergi qanunvericiliyində yeniliklər və maliyyə hesabatlılığı üzrə əsas audit nəticələri" adlı keçirilən təlimdə deyib.
V. Gülməmmədov kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə istinad edərək, maliyyə hesabatlılığı sahəsində aşkar edilmiş çatışmazlıq və uyğunsuzluqların aradan qaldırılmasında müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkar bilik və bacarıqlarının fasiləsiz təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, eyni zamanda maliyyə hesabatlarının hazırlanmasında qanunvericilik normalarına riayət olunmasının və məsuliyyət mexanizmlərinin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib.
DVX rəisi Orxan Nəzərli öz çıxışında vergi qanunvericiliyinin praktikada tətbiqi ilə bağlı məsələlərə toxunub. O, Hesablama Palatası ilə DVX arasında həyata keçirilən birgə tədbirlərin təcrübə və informasiya mübadiləsinin genişlənməsinə, həmçinin dövlət maliyyəsinin idarə olunması sahəsinin inkişafına şərait yaratdığını bildrib.
Xidmət rəisi Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyi sahəsində maarifləndirmə fəaliyyətlərinin diqqət mərkəzində saxlanıldığını, şəffaflığın təminatı baxımından vergi və maliyyə hesabatlılığına dair müzakirə platformasının əhəmiyyətini vurğulayıb.
Təlim zamanı vergi qanunvericiliyindəki yeniliklərlə bağlı təqdimatlar nümayiş olunub, maliyyə hesabatlılığı üzrə audit nəticələri barədə məlumatlar paylaşılıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik













