Qramı 160 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Azərbaycanda qızıl bazarında oktyabr ayının əvvəlindən etibarən durğunluq müşahidə olunur. Alış və satış əməliyyatlarının zəiflədiyi, ticarət fəallığının xeyli azaldığı bildirilir.
Far.Az-in məlumatına görə, paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov bazardakı vəziyyətlə bağlı açıqlamasında oktyabr ayı başlayandan qızıl ticarətində işlərin xeyli zəiflədiyini deyib.
Onun sözlərinə görə, hazırda bazarda həm alış, həm də satış əməliyyatları aşağı səviyyədədir.
Zərgər qeyd edib ki, vətəndaşlar öz qızıllarını satarkən 1 qram üçün təxminən 127 manat alırlar.
Aqil İsmayılovun sözlərinə görə, bazarda daha çox Türkiyə istehsalı olan 585 əyarlı qızıllara üstünlük verilir. Vətəndaşların satmaq üçün təqdim etdiyi qızıllar arasında da bu növ məhsullar üstünlük təşkil edir.
O bildirib ki, hazırda 585 əyarlı Türkiyə qızılının satış qiyməti qramına görə 160-163 manat arasında dəyişir. 750 əyyarlı italyan qızılının qiyməti 230-260 manat, 918 əyyarlı ərəb qızılının qiyməti isə təxminən 280 manatdır.
Orxan Hüseyn
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.05.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.06.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.03.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













