Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?
Far.Az xəbər saytı

Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?


Üzərində müxtəlif yazılar, xətlər və ləkələr olan əsginaslarla bağlı vətəndaşlara xəbərdarlıq edilib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, nağd hesablaşmalar zamanı mağazalar, supermarketlər və xidmət müəssisələri üzərində əlavə yazılar, xətlər və ləkələr olan, eləcə də tədavülə yararsız hesab edilən əsginasları qəbul etməkdən imtina edə bilərlər.

Bu səbəbdən vətəndaşlara pulların üzərinə hər hansı yazı yazmamaq, onları cızmamaq və yararsız vəziyyətə salmamaq tövsiyə olunur.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov bildirib ki, pul nişanlarının üzərinə yazı yazılması və onların korlanması dünyanın hər yerində arzuolunmaz hal hesab olunur.

Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?

O qeyd edib ki, pulun üstünə yazı yazılmasına görə, hər hansı hüquqi məsuliyyət nəzərdə tutulmasa da diqqət yetirilməli nüanslar var.

"Azərbaycan qanunvericiliyində pul əsginasının üzərinə yazı yazılmasına və ya onun korlanmasına görə ayrıca inzibati məsuliyyət nəzərdə tutulmayıb. Amma nəzərə almaq lazımdır ki, milli valyutanın emitenti Mərkəzi Bankdır. Əgər konkret şəxsin pul əsginasını qəsdən korladığı sübut olunarsa və bunun nəticəsində Mərkəzi Banka zərər dəydiyi müəyyən edilərsə, Mərkəzi Bank həmin şəxsdən vurulmuş zərərin əvəzini məhkəmə qaydasında tələb edə bilər. Lakin bunun üçün şəxsin əməli, təqsiri və dəymiş zərərlə həmin əməl arasındakı səbəbli əlaqə sübut olunmalıdır. Nəzərə almaq lazımdır ki, əsginasın üzərindəki yazı, ləkə və ya digər zədələr onun dövriyyədə istifadəsinə təsir göstərə bilər", - deyə Ə.Həsənov bildirib.

Oxşar xəbərlər

Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər