Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək
Far.Az xəbər saytı

Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək


2027-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı proqnozlaşdırılan 2 milyard 200 milyon manat xərcin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər təşkil edəcək.

"Far.Az" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, bunun 1 milyard 63,5 milyon manatı əsas borc ödənişləri, 364 milyon manatını faiz xərcləri olacaq.

Gələn il büdcədə daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 635,3 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 2027-ci il üçün 993 milyon manat məbləğində nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər