2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb
Far.Az xəbər saytı

2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb


Maliyyə Nazirliyinin hazırladığı 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi qurumun internet səhifəsində yerləşdirilib.

"Far.Az" xəbər verir ki, sənəd ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"na uyğun olaraq hazırlanıb, özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir.

Eyni zamanda, sənəddə proqram və nəticə əsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər