Murat Bozla Demet Özdemirin xilas edilmə anları
Far.Az xəbər saytı

Murat Bozla Demet Özdemirin xilas edilmə anları


İstanbulu ağuşuna alan sel həyatı iflic edib. Məşhur müğənni Murat Boz leysan yağışları nəticəsində şəhərin Ayazağa bölgəsindəki "Phoenix" studiyalarında yüzlərlə əməkdaşın köməksiz vəziyyətdə qaldığını açıqlayıb.

Far.Az xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edərək müvafiq qurumlardan təcili kömək istəyib:

Murat Bozla Demet Özdemirin xilas edilmə anları

"Yolu iki metr hündürlüyündə su basıb. Studiyaya da su dolur, hərəkət edə bilmirik. Xanımları ara mərtəbəyə çıxarmışıq. Orada ən çox 30-35 nəfər qala bilər. İçəriyə su dolmaması üçün dua edirik. Yüzlərlə əməkdaşla birlikdə köməksiz qalmışıq. Təcili dəstək gözləyirik".

Həmin vaxt sözügedən studiyada məşhur aktrisa Demet Özdemir də olub.

Bir neçə saat sonra studiyada xilasetmə əməliyyatları həyata keçirilib.

Demet Özdemir Murat Boz rezin qayıqlarla sözügedən ərazidən təxliyə edilib.

Oxşar xəbərlər

Bakını ağuşuna alan DUMANLI KADRLAR
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Məşhur aktrisa bu səbəbdən həmkarlarını sosial şəbəkədə izləmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər