"Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi
Far.Az xəbər saytı

"Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi


"Respirator infeksiyalara yoluxan şəxslər ilkin mərhələdə istirahətə üstünlük verməli, kifayət qədər maye qəbul etməli, qidalanmalarına diqqət yetirməli və orqanizmin bərpası üçün özlərinə vaxt ayırmalıdırlar".

Bunu Far.Az-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla deyib.

Onun sözərinə görə, xəstəliyin kəskin dövründə fiziki yüklənmədən çəkinmək və yataq rejiminə əməl etmək ağırlaşma riskinin azaldılmasına kömək edə bilər:

"Əlamətlər gücləndikdə, vəziyyət pisləşdikdə və ya xəstəliyin gedişində qeyri-adi dəyişikliklər müşahidə olunduqda həkimə müraciət etmək lazımdır. Xüsusilə dərmanların, o cümlədən antibiotiklərin həkim məsləhəti olmadan qəbulu düzgün deyil. Antibiotiklər viruslara qarşı təsir göstərmir və onların səbəbsiz istifadəsi sağlamlıq üçün əlavə risklər yarada bilər.

İmmunitetin normal fəaliyyətini dəstəkləmək üçün müntəzəm fiziki aktivlik, açıq havada gəzinti, balanslı qidalanma və sağlam həyat tərzi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, hava şəraitinə uyğun geyinmək, xəstəlik dövründə istirahət etmək və şəxsi gigiyena qaydalarına əməl etmək də vacibdir. İnfeksiyalardan qorunmaq, xəstələndikdə vaxtında tədbir görmək və başqalarına yoluxdurma riskini azaltmaq hər kəsin diqqət yetirməli olduğu əsas məsələlərdəndir".

Orxan Hüseyn

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər