ABŞ Senatı dizel  razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Far.Az xəbər saytı

ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb


ABŞ Konqresinin hər iki partiyasını təmsil edən altı senatordan ibarət qrup Rusiya ilə dizel yanacağı tədarükünə dair razılaşmadan sonra prezident Donald Trampın administrasiyasını dərhal kursu dəyişməyə çağırıb.

"Far.Az"un "Associated Press"ə istinadən məlumatına görə, bəyanatı respublikaçı senatorlar Syuzan Kollinz (Men ştatı), Liza Murkovski (Alyaska), Tom Tillis (Şimali Karolina) və Con Kertis (Yuta), eləcə də demokrat senatorlar Cinn Şeyxin (Nyu-Hempşir) və Riçard Blumental (Konnektikut) imzalayıblar.

Onların sözlərinə görə, administrasiya qanunun tələb etdiyi kimi konqreslə məsləhətləşməyib və heç bir izahat təqdim etməyib.

Senatorlar xatırladıblar ki, 2022-ci ildə konqres Rusiya enerji daşıyıcılarının idxalını qadağan edib.

Öz növbəsində, respublikaçı senator Con Barrasso (Vayominq) bildirib ki, Tramp diqqətini enerji daşıyıcılarının qiymətlərinin azaldılmasına cəmləyib.

Xatırladaq ki, oktyabrın 9-da Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub, bundan sonra ABŞ lideri Rusiya dizel yanacağının tədarükünə dair razılaşmanı elan edib.

Oxşar xəbərlər

Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər