Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR
İnsan evdə olarkən baş ağrısı, halsızlıq və yuxululuq hiss edirsə, bunun səbəbi yalnız yorğunluq olmaya bilər. Yaşayış sahəsindəki əlverişsiz şərait də sağlamlığa mənfi təsir göstərə bilər.
Far.Az xəbər verir ki, mütəxəssislər bu halların yaranmasını bəzən "xəstə bina sindromu" ilə əlaqələndirirlər. Bu vəziyyət əsasən qapalı məkanlarda havanın keyfiyyətinin aşağı olması və digər əlverişsiz amillərlə bağlıdır.
Sindromun əsas əlamətlərindən biri insanın evdən çıxdıqdan sonra özünü daha yaxşı hiss etməsidir. Zəif havalandırma, yüksək rütubət, kif və tozun toplanması bu vəziyyətə səbəb ola bilən amillər sırasındadır.
Mütəxəssislərin sözlərinə görə, otaqda rütubətin 50 faizdən yuxarı olması toz gənələrinin çoxalması üçün əlverişli şərait yaradır. Bu canlıların ifraz etdiyi allergenlər tənəffüs yollarında problemlərə səbəb ola bilər.
Digər risk mənbəyi isə evdə istifadə olunan mebel və təmir materiallarıdır. Bəzi materiallardan benzol və formaldehid kimi zərərli maddələr ayrıla bilər. Bu maddələr qapalı məkanda toplandıqda insan sağlamlığına mənfi təsir göstərə bilər.
Əlverişsiz ev mühiti yalnız fiziki narahatlıqla məhdudlaşmır. Belə şərait insanda əsəbilik, narahatlıq və laqeydlik hisslərinin yaranmasına da təsir edə bilər.
Riskləri azaltmaq üçün yaşayış sahəsini mütəmadi havalandırmaq, evdə təmizlik işləri aparmaq və toz toplayan əşyaların sayını azaltmaq tövsiyə olunur. Köhnə mebel, ağır pərdələr və lələkli yastıqlar tozun yığılmasına şərait yarada bilər.
Baş ağrısı, halsızlıq və yuxululuq davam edərsə, səbəbi yalnız ev şəraiti ilə əlaqələndirmək düzgün deyil. Bu əlamətlər təkrarlanırsa, həkimə müraciət etmək vacibdir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













