ABŞ İranla əlaqələrinə görə Kuba bankına qarşı sanksiyalar tətbiq edib
Birləşmiş Ştatlar məhdudlaşdırıcı siyahılara bir Kuba bankını, daha 10 hüquqi və 16 fiziki şəxsi daxil etməklə, İrana qarşı sanksiyaları genişləndirib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bildirişində deyilir.
ABŞ dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Kubanın "Banco Internacional de Comercio, S.A." bankı İran banklarına maliyyə xidmətləri göstərdiyi ehtimalına görə sanksiyalara məruz qalıb.
Məhdudiyyətlər həmçinin İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş şirkət, maliyyə təşkilatlarına da şamil edilib. Xüsusilə də, İraqın "International Development Bank" (IDB) bankı sanksiya siyahısına salınıb.
Yeni məhdudiyyətlərə məruz qalan 16 fiziki şəxsin hamısı İran vətəndaşıdır.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi oktyabrın 30-dək IDB-nin iştirakı ilə həyata keçirilən tranzaksiyaların tamamlanması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib.
Sanksiya siyahılarına daxil edilmə ABŞ ərazisindəki aktivlərin dondurulmasını, habelə Amerika vətəndaşları və şirkətlərinin məhdudiyyət tətbiq edilən tərəflərlə iş aparmasına qadağa qoyulmasını nəzərdə tutur
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













