Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı
Far.Az xəbər saytı

Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum ağır itkilərlə nəticələnib. Hadisə zamanı 12 nəfər həyatını itirib, 309 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Far.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, həlak olanlar arasında Səudiyyə Ərəbistanının dörd, Banqladeşin iki vətəndaşı var. ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşlarından da hər biri bir nəfər olmaqla həyatını itirib.

Yaralanan şəxslərdən bəzilərinin vəziyyətinin kritik olduğu qeyd edilib.

Hücumdan sonra hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.

Oxşar xəbərlər

Azercell-in kibertəhlükəsizlik komandası "CIDC-2025 – Critical Infrastructure Defence Challenge" yarışında böyük uğur qazandı!
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər