Rusiyada zərərlə işləyən biznes sahələrinin sayı kəskin artıb
Far.Az xəbər saytı

Rusiyada zərərlə işləyən biznes sahələrinin sayı kəskin artıb


Rusiyada zərərlə fəaliyyət göstərən biznes sahələrinin sayı bir il ərzində təxminən 4 dəfə artıb – 3-dən 11-ə.

"Far.Az" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatlarına istinadən yazıb.

Məlumata görə, 2026-cı ilin ilk altı ayında ən böyük mənfi maliyyə nəticəsi metallurgiya sektorunda qeydə alınıb. Bu sahədə zərərin həcmi 269 milyard rubl təşkil edib.

İkinci yerdə maliyyə və sığorta fəaliyyəti sahəsi qərarlaşıb. Bu sektorda mənfi saldo 247 milyard rubl olub. Kömür hasilatı isə 178 milyard rubl mənfi saldo ilə üçüncü yerdə qərarlaşıb.

Nəşrin məlumatına görə, 2026-cı ilin ilk yarısında Rusiyanın şirkətləri ümumilikdə zərərlər çıxıldıqdan sonra 13 trilyon rubl (153,4 milyard ABŞ dollarından çox) xalis mənfəət əldə edib.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16% azdır.

Ekspertlər hesab edir ki, biznesin maliyyə nəticələrinin pisləşməsinə əsasən kreditlərin bahalaşması, tələbin zəifləməsi, əməkhaqqı, yanacaq və daşınma xərclərinin artması təsir göstərib.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər