El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib
Far.Az xəbər saytı

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib


El-Ninyo iqlim hadisəsinin inkişaf etdiyi Sakit okeanda suyun temperaturu bu həftə ilk dəfə 30 dərəcə həddini keçib.

"Report" xəbər verir ki, bu barədə "Climate Reanalyzer" portalı məlumat yayıb.

İnteraktiv onlayn platforma qlobal iqlim və hava məlumatlarının vizuallaşdırılması üçün Men Universitetinin (ABŞ) İqlim Dəyişikliyi İnstitutu tərəfindən hazırlanıb.

Məlumata görə, son vaxtlar bütün okeanların səthindəki suyun orta temperaturu 21,08 Selsi dərəcə təşkil edib.

Tədqiqatçılar qeyd edirlər ki, ölçmələrin başlandığı vaxtdan bəri belə bir temperatur heç vaxt qeydə alınmayıb. Bundan əvvəl 1997 və 2015-ci illərdə qeydə alınmış "super hadisələr"in təsiri altında okeanın temperaturu 29 dərəcədən yuxarı qalxmamışdı.

Ümumdünya Meteorologiya Təşkilatı proqnozlaşdırır ki, Sakit okeanın mərkəzi və şərq hissələrində səthin temperaturu oktyabrdan dekabradək olan dövrdə yeni rekord maksimumlara qədər yüksələcək, El-Ninyo hadisəsi isə dekabrda pik həddinə çatacaq və 2027-ci ilin fevralına qədər davam edəcək.

Daha əvvəl sinoptiklər xəbərdarlıq edirdilər ki, builki hava hadisəsi müşahidələr tarixində ən güclüsü ola bilər. Tədqiqatçıların qiymətləndirməsinə görə, ekstremal yüksək temperaturlu günlərin sayı adi illərlə müqayisədə 44 % artacaq. Alimlər hesab edirlər ki, El-Ninyo ilə əlaqədar istilər bütün dünyada yaşlı və səhhəti zəif olan insanlara zərərli təsir göstərə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nazir bu müəllimləri təltif edildi - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər