AKTA: Süni intellektin təhlükəsizliyi üzrə "ağ sənəd" hazırlanacaq
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) Özbəkistanın Daşkənd şəhərində keçirilən "Cyber Security Summit - Central Eurasia 2026"-da təmsil olunub.
"Report" assosiasiyaya istinadən xəbər verir ki, AKTA-nı tədbirdə İcraçı direktor Rauf Cabarov və Baş katib Fidan Əhmədova təmsil ediblər.
Səfər çərçivəsində AKTA nümayəndələri "Cyber Park"ın nümayəndələri ilə görüş keçiriblər. Görüşdə təşkilatlar arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və kibertəhlükəsizlik ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Həmçinin, AKTA üzv şirkətlərinin Özbəkistan bazarına çıxış imkanları, beynəlxalq tədbir və sərgilərdə iştirakı, B2B əlaqələrin qurulması, yeni tərəfdaşlıqların yaradılması və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində Özbəkistan İT Təhsil Assosiasiyası ilə görüş keçirilib. Görüşdə İT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsil və kadr hazırlığı üzrə təcrübə mübadiləsi, birgə təlim və layihələrin təşkili, eləcə də iki ölkənin mütəxəssisləri arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, AKTA nümayəndələri Özbəkistan Süni İntellekt Assosiasiyası və Özbəkistan Kibertəhlükəsizlik Universiteti ilə müzakirələr aparıblar. Tədbirdə Gürcüstan Rəqəmsal İdarəetmə Agentliyinin sədr müavini Nino Gozalishvili ilə görüş mümkün olub. Həmçinin, AKTA Məşvərət Şurasının üzvü, Huawei şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik direktoru Corey Deng ilə AKTA və "Huawei" arasında mövcud əməkdaşlıq çərçivəsində süni intellektin təhlükəsizliyi üzrə "ağ sənəd"in hazırlanması razılaşdırılıb.
"Cyber Security Summit - Central Eurasia 2026" tədbiri və səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Özbəkistan arasında kibertəhlükəsizlik və İT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, AKTA üzv şirkətləri üçün yeni regional imkanların yaradılması və peşəkar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub. Xüsusi vurğulayaq ki, sammit çərçivəsində keçirilən "CYBERKENT 4.0" beynəlxalq kibertəhlükəsizlik yarışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət "Blue Team" komandası 3-cü yeri qazanıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb













