ABŞ-də qasırğa fonunda ehtiyatdan 4 milyon barelədək neftin buraxılmasına icazə verilib
ABŞ Energetika Nazirliyi Meksika körfəzindəki qasırğa səbəbindən tədarükdə yaranan fasilələrin aradan qaldırılması üçün ölkənin strateji ehtiyatından 4 milyon barelədək neftin təcili olaraq ayrılmasına icazə verib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"ExxonMobil" və BP America şirkətlərinin hər biri 2 milyon barelədək neft ala biləcək. Razılaşmalar çərçivəsində onlar aldıqları həcmləri 2027-ci ildə əlavə neft miqdarı ilə qaytarmağa borcludurlar ki, bu da əlavə xərc çəkmədən strateji ehtiyatı doldurmağa yarayacaq.
ABŞ energetika naziri Kris Rayt bildirib ki, bu qərar neft emalı zavodlarının işini dəstəkləməyə və yanacaq tədarükündəki fasilələri məhdudlaşdırmağa imkan verəcək.
"Tədarükdəki fasilələrin minimuma endirilməsinə kömək etməklə yanaşı, bu təcili razılaşmalar həmçinin "Exxon" və BP-ni hazırda aldıqlarından daha çox bareli ehtiyata qaytarmağa məcbur edəcək ki, bu da vergi ödəyicilərinin milyonlarla dollarına qənaət edəcək", - o deyib.
"ExxonMobil" ilə razılaşma cari ehtiyacları ödəmək üçün strateji ehtiyatdan şirkətə əvvəllər ayrılmış neftin tədarükünün sürətləndirilməsini nəzərdə tutur.
"Isaias" qasırğası oktyabrın 9-u axşam saatlarında Floridada Meksika körfəzi sahillərinə çıxıb. Təbii fəlakət nəticəsində ən azı iki nəfər həlak olub.
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
-
Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu













