Azərbaycanla Türkiyə sənaye zonaları ilə bağlı Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Türkiyənin Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Far.Az"a İZİA-dan məlumat verilib.
Sənədi Agentliyin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov və Adana Hacı Sabancı Organize Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü imzalayıblar.
Bildirilib ki, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycana səfər edən Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri ilə İZİA-nın idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib. Görüşdə sənaye sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Memoranduma uyğun olaraq, sənaye müəssisələri və investorlar arasında B2B əlaqələrin genişləndirilməsi, sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.
Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb













