Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
Far.Az xəbər saytı

Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir


Portuqaliya Futbol Federasiyasının rəhbəri Pedru Proensa ümid edir ki, "Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldu Millətlər Liqasının noyabr matçlarına milli komandaya qayıdacaq.

"Report" xəbər verir ki, funksionerin sözlərini jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Federasiya, məşqçi, bütün komanda yoldaşları eyni fikirdədir: biz Kriştianunun qayıtmasını istəyirik. Mən onun elə noyabrdakı beynəlxalq fasilə zamanı qayıtmasını gözləyirəm. Kriştianu da qayıtmağa hazırdır. O bütün dövrlərin ən yaxşısıdır", - Proensa bildirib.

Bununla belə, "Mirror" qəzeti federasiyanın Ronaldunu milli komandadakı çıxışlarından kənarlaşdırmaq qərarı qəbul etdiyini iddia edib, analoji versiyanı "A Bola" qəzeti də irəli sürüb.

Xatırladaq ki, Ronaldu Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda danimarkalılarla oyun (4:2) ərəfəsində Portuqaliya yığmasının düşərgəsini tərk edib. Hücumçu bildirib ki, gələcəkdə bu qərarın səbəbləri barədə danışacaq. Forvard norveçlilərlə ikinci tur oyununda (2:1) meydana çıxmamışdı.

Daha sonra oyunçu üzr istəyib və millidəki karyerasını başa vurmağı planlaşdırmadığını deyib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər