Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
Rəşadın anası oğlunun vəfatından danışarkən onun yaşamaq həvəsinin böyük olduğunu bildirib:
"Rəşad yaşamaq eşqində idi. Biz Rəşada 50 il ömür arzulamışdıq. Vallah, mən bilmirdim, həkimlər demişdi. İstədiyi qız da gəlmişdi. İlindən sonra icazə versəydilər, o qıza elçi gedib alacaqdıq. Hamısı yarımçıq qaldı", - deyə o bildirib.
Mərhumun yaxınları onun vəfatının ailəsi və dostları üçün ağır itki olduğunu bildiriblər. Onların sözlərinə görə, Rəşadın gələcəklə bağlı çoxlu arzuları olub. O, tam sağalaraq normal həyata qayıtmaq və ailə qurmaq istəyirdi. Lakin arzuları yarımçıq qaldı.
Qeyd edək ki, 2025-ci il oktyabrın 31-də Azərbaycanda ilk dəfə meyit donorundan götürülmüş ürək Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb.
Mərhumun cənazəsi Bakıdan Tovuz rayonuna aparılıb və rayonun Öysüzlü kənd qəbiristanlığında dəfn edilib.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













