Amerikalı səyyah: Qədim Xudavəng məbədini ziyarət etməyi hər kəsə tövsiyə edirəm
Azərbaycanın Kəlbəcər rayonu təbiətinə və aparılan bərpa işlərinə görə turizmin inkişafı üçün böyük potensiala malikdir.
"Far.Az"un Qarabağa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Kaliforniyadan olan səyyah Çelsi Devis bildirib.
Səyyahın sözlərinə görə, bu, onun Azərbaycana ilk səfəridir və o, Kəlbəcərin təbiətinə, həmçinin aparılan bərpa işlərinin miqyasına heyran qalıb.
"Burada çox gözəl dağ mənzərələri var. Mən həmçinin insanların xoşbəxt və dinc yaşaya bilməsi üçün regionun necə inkişaf etdiyini, tikinti və bərpa işlərinin necə aparıldığını gördüm. Düşünürəm ki, bura turizm üçün gözəl bir yer olacaq", - o qeyd edib.
Devis həmçinin Xudavəng monastırı ilə bağlı təəssüratlarını da bölüşüb.
"Mən xristianam və müqəddəs yerləri ziyarət etməyi səbirsizliklə gözləyirdim. Burada monastırın olduğunu bilmirdim. Bura dua etmək üçün gözəl məkandır və onun hər kəs üçün açıq olması mənim çox xoşuma gəlir. Buranı ziyarət etməyi mütləq tövsiyə edirəm", - səyyah vurğulayıb.
Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günüdür.
Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya da daxil olmaqla 13 ölkədən 40-a yaxın səyyah təmsil olunur.
Bu, 2021-2026-cı illər ərzində aparıcı beynəlxalq səyyah klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.
Oxşar xəbərlər
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb













