SOCAR-la İtaliyanın "Eni" şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, görüşdə sənaye, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti və yeni birgə layihələrin təşviqi məsələləri barədə fikir mübadiləsi aparılıb. İtaliyanın texnologiya və mühəndislik təcrübəsinin Azərbaycanın qeyri-neft-qaz sənayesinin inkişafı üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.
Mədənçilik və metallurgiya, kritik minerallar, süni intellekt və rəqəmsal infrastruktur sahələrində tərəfdaşlıq potensialı nəzərdən keçirilib. İstehsalın modernləşdirilməsi, texnologiya transferi və yüksək əlavə dəyərli məhsulların istehsalı istiqamətində biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Birgə layihələrin dəstəklənməsi üçün İtaliyanın maliyyə və investisiya institutları ilə əməkdaşlıq perspektivlərinə toxunulub.
"Eni" şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşdə SOCAR-la şirkət arasında əməkdaşlığın inkişafı müzakirə edilib. SOCAR-ın "Eni" ilə yeni təşəbbüslərdə iştirakı, həmçinin üçüncü ölkələrdə birgə layihələrdə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanda bioyanacaq istehsalı üzrə birgə pilot layihənin gedişi, enerji keçidi və texnoloji təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İtaliyanın beynəlxalq enerji şirkəti olan "Eni" dünyanın müxtəlif ölkələrində neft və qazın kəşfiyyatı, hasilatı, emalı və satışı ilə yanaşı, bərpaolunan enerji, bioyanacaq və karbon emissiyalarının azaldılması üzrə layihələr həyata keçirir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır













