Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Far.Az xəbər saytı

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır


Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova bildirib.

"Biznes mühitinin ümumi qavrayışı da qənaətbəxş olub ki, bu da müsbət göstəricidir. Deyərdim ki, bu nəticələr ötən il əldə etdiyimiz nəticələrə müəyyən qədər bənzəyir, lakin bir qədər aşağıdır. Bunun səbəbi regiondakı geosiyasi vəziyyət ola bilər. Ötən il olduğu kimi, bu il də ən müsbət dinamika siyasi və sosial sabitlik sahəsində müşahidə olunub. Enerji resurslarının etibarlılığı və qiyməti də müsbət dinamika kimi qiymətləndirilib. Logistika, daşımalar və əlaqələrin səmərəliliyi də digər müsbət məqamlar arasında yer alıb", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər