Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir
Far.Az xəbər saytı

Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir


Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir və Azərbaycan bu ölkələrlə əməkdaşlıq edir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində deyib.

O bildirib ki, altı ölkədə ASAN Xidmət təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir: "Həmin mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyona yaxındır. Bu da dünya əhalisinin təxminən 10 faizini təşkil edir".

Ü.Mehdiyev vurğulayıb ki, Azərbaycanda əsası qoyulan ASAN Xidmət modeli artıq dünyada yüz milyonlarla insana xidmət göstərən geniş şəbəkəyə çevrilib:

"ASAN Xidmətin ixracı dedikdə, modelin digər ölkələrlə bölüşdürülməsi, eləcə də Azərbaycanın bu sahədə topladığı bilik və təcrübənin beynəlxalq tərəfdaşlara ötürülməsi nəzərdə tutulur. ASAN İnnovativ İnkişaf Mərkəzi ölkə üzrə fəaliyyət göstərən təlimçilər və təlim şirkətləri üçün açıq platformadır və hər hansı təlim şirkəti ilə rəqabət aparmaq məqsədi daşımır".

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər