Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
Zəngilan Şəhəri Günü münasibətilə Zəngilan şəhərində konsert proqramı təşkil edilib.
Far.Az"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, Zəngilan Konqres Mərkəzində keçirilən konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib.
Vətənpərvərlik, birlik və qəhrəmanlığı tərənnüm edən əsərlər əsasında hazırlanan proqramda xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib, milli rəqslər ifa olunub.
Tədbir çərçivəsində Zəngilanın balaca sakinləri üçün XX Uşaq Teatrının təqdimatında xüsusi tamaşa da göstərilib.
Konsertdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Zəngilan sakinləri, şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, eləcə də ətraf rayonların sakinləri iştirak ediblər.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib













