ARDNF-nin "BlackRock" fonduna investisiyaları 19 %-dən çox artıb
"BlackRock" şirkətinin idarə etdiyi pul bazarı fonduna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyaları bu il yanvarın 1-nə 1 milyard 120 milyon 121 min manat təşkil edib.
"Far.Az" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,4 % çoxdur.
Ümumilikdə, Fondun kredit reytinqi "AAA" olan pul bazarı fondlarına yatırımları hesabat dövründə 1 milyard 170 milyon 718 min manata çatıb. Bu isə əvvəlki ilin göstəricisindən 22 % çoxdur.
İnvestisiyaların 50 milyon 597 min manatı "Goldman Sachs"ın payına düşüb. Bu şirkətə yatırılan vəsait bir il ərzində 2,2 dəfə artıb.
Qeyd edək ki, ARDNF-nin pul bazarı fondlarına investisiyaları pul vəsaitləri və onların ekvivalentlərinin tərkibində göstərilir və ədalətli dəyərlə qiymətləndirilir. Bu investisiyalar müəyyən pul məbləğinə asanlıqla çevrilə bilən, dəyərinin dəyişməsi riski cüzi olan qısamüddətli və yüksək likvidli maliyyə alətlərini əhatə edir.
Pul bazarı fondları əsasən kommersiya kağızları, depozit şəhadətnamələri, dəyişkən faizli istiqrazlar, ABŞ xəzinə istiqrazları, avrobondlar və aktivlərlə təmin edilmiş qiymətli kağızlar kimi qısamüddətli borc alətlərinə investisiya yatırır. Bu fondların səhmləri yüksək likvidliyi ilə seçilir və investorların tələbi əsasında geri alına bilir. Fonda ödənilən faiz və dividendlər isə yenidən investisiya edilir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib













