"Liverpul"un gənc futbolçusu Luis Kumas Stiven Cerrardın göstəricisini təkrarlayıb
İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Kumas UEFA Çempionlar Liqasında Stiven Cerrardın 25 illik göstəricisini təkrarlayıb.
"Report" "Liverpul"un rəsmi saytına istinadən xəbər verir ki, uelsli oyunçu Liqa mərhələsinin II turunda Avstriyada LASK-a 6:3 hesabı ilə qalib gəldikləri oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib.
O, Premyer Liqa təmsilçisinin heyətində Çempionlar Liqasının bir qarşılaşmasında həm qol vuran, həm də ötürmə müəllifi olan 21 və ya daha aşağı yaşlı ikinci futbolçu olub.
Matçın ilk hissəsində L.Kumas Bredli Barkolaya ötürmə edib. Qarşılaşmanın 72-ci dəqiqəsində isə özü fərqlənərək "Liverpul"un 6-cı qolunu vurub.
Qeyd edək ki, buna qədər İngiltərə klubunda analoji nəticəni yalnız S.Cerrard göstərib. O, 2001-ci ilin oktyabrında səfərdə Kiyev "Dinamo"su ilə görüşdə qol və ötürmə müəllifi olub.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













