Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur
Far.Az xəbər saytı

Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur


Vahid geyim uşaqlar arasında fərqlərin ön plana çıxmasının qarşısını almağa, məktəblilərdə məsuliyyət və kollektivə aidlik hissini formalaşdırmağa kömək edir.

Bunu "Report"a övladları Bakı şəhəri 53 nömrəli tam orta məktəbin 9 və 11-ci sinfində oxuyan valideyn Rövşən İbrahimli deyib.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb. Monitorinqlər zamanı geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulub. Həmçinin vurğulanıb ki, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

E. İbrahimli qeyd edib ki, vahid məktəbli geyimi həmrəylik və nizam-intizamın göstəricisidir: "Bu yanaşma şagirdlərin diqqətini zahiri görünüşdən çox təhsilə yönəldir".

Adıçəkilən məktəbdə dərs günü başlayan zaman olan "Report" əməkdaşları dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı qərarın icrasına nəzarət olunduğunun şahidi olub. Qeyd etmək lazımdır ki, dərsə gələn məktəblilərin əksəriyyəti vahid geyim forma qaydasına riayət ediblər. Məktəbdə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagirdlərə və onların valideynlərinə müvafiq qaydalar izah edilib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov sentyabrın 21-də "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər