Azərbaycanının beynəlxalq nüfuzunun yüksəlməsində İlham Əliyevin çoxşaxəli xarici siyasəti xüsusi yer tutur - RƏY
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirakı və çıxışı Azərbaycanın regional əməkdaşlığa münasibətini, beynəlxalq əlaqələrin inkişafına verdiyi önəmi və müstəqil dövlətçilik prinsiplərinə əsaslanan xarici siyasətinin mahiyyətini bir daha nümayiş etdirir.
Bu sözləri "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində Prezident İlham Əliyevin yürütdüyü müstəqil və çoxşaxəli xarici siyasət xüsusi yer tutur:
"Bu siyasətin əsasını dövlətlərin suverenliyinə hörmət, bərabərhüquqlu münasibətlər, milli maraqların müdafiəsi və qarşılıqlı faydalı əməkdaşlıq təşkil edir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda öz mövqeyini prinsipial şəkildə ifadə edir, tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət əsasında qurur və regional inkişafı təşviq edən təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısının Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın əməkdaşlığa açıq, eyni zamanda, dövlətçilik maraqlarına sadiq mövqeyini əks etdirir".
"Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan son illərdə müasir nəqliyyat və logistika infrastrukturunun yaradılmasına böyük sərmayələr yatırıb. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin tranzit imkanlarını genişləndirir, Avropa ilə Asiya arasında əlaqələrin inkişafında rolunu artırır. Prezident İlham Əliyevin iclasda qeyd etdiyi kimi, 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit yüklərin həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Bu göstərici Azərbaycanın regional iqtisadi əlaqələrdə və beynəlxalq nəqliyyat sistemində artan əhəmiyyətini əks etdirir. Nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, tərəfdaş dövlətlər arasında ticarət əlaqələrinin möhkəmlənməsinə, yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir".
S.Salmanova vurğulayıb ki, Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyi və 2028-ci ildə bu təşkilata ilk dəfə sədrlik edəcək olması ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin və çoxtərəfli əməkdaşlıqda iştirak imkanlarının genişlənməsi baxımından əlamətdar hadisədir:
"Hesab edirəm ki, bu, ölkəmizə göstərilən yüksək etimadın ifadəsidir. Bu məsuliyyət Azərbaycanın regional əməkdaşlığın inkişafına, dövlətlərarası dialoqun möhkəmləndirilməsinə və ortaq maraqlara xidmət edən təşəbbüslərin irəli sürülməsinə verə biləcəyi töhfələrin də göstəricisidir. Sədrliyin ölkəmizə həvalə olunması Azərbaycanın təşkilatın gələcək gündəliyinin formalaşmasında daha fəal iştirakına imkan yaradacaq və MDB-nin nüfuzunun, fəaliyyət imkanlarının genişlənməsinə töhfə verə bilər.
Azərbaycanın MDB-yə ilk dəfə sədrlik etməyə hazırlaşması ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi və təşkilat çərçivəsində əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm perspektivlər açır. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərindəki çıxışında ifadə olunan mövqe Azərbaycanın bu məsuliyyətə hazır olduğunu və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak niyyətini göstərir. Qarşıdakı dövrdə ölkəmizin sədrliyi MDB daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin və humanitar əməkdaşlığın inkişafına töhfə verəcək".
Oxşar xəbərlər
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













