Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq
Far.Az xəbər saytı

Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq


Estoniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində əlavə 10 milyon avro vəsait ayırmaq qərarına gəlib. Məbləğ ABŞ istehsalı olan silahların alınmasına yönəldiləcək.

Far.Az xəbər verir ki, Estoniyanın Baş naziri Kristen Mixal bu barədə sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, ölkəsi Prioritised Ukraine Requirements List (PURL) proqramı vasitəsilə Ukraynaya əlavə maliyyə və hərbi dəstək göstərəcək.

NATO tərəfindən 2025-ci ildə yaradılan PURL proqramı Ukraynanın hərbi ehtiyaclarına uyğun olaraq ABŞ-dan silah alınmasını nəzərdə tutur. Proqram çərçivəsində Avropa ölkələri maliyyə ayırır, alınan silahlar isə Ukraynaya təhvil verilir.

Rusiya tərəfi isə Qərbin Ukraynaya silah tədarükünün münaqişəni uzatdığını dəfələrlə bəyan edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər