Fransada etiraz aksiyaları zamanı 1800-dən çox şəxs saxlanılıb - yenilənib
Fransada baş verən genişmiqyaslı etiraz aksiyaları və polislə toqquşmalar zamanı hüquq-mühafizə orqanları 1 800-dən çox şəxsi saxlayıb.
"Far.Az"un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes "X" sosial şəbəkəsində paylaşım edib.
"Hazırda 1 800 nəfər saxlanılıb. Təqsirkarların müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır", - o bildirib.
Nazir vurğulayıb ki, etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 500-dən çox əməkdaşı xəsarət alıb.
Nünyes əlavə edib ki, iğtişaşçılarının hərəkətləri nəticəsində yüzlərlə mağaza sahibi də zərər çəkib.
Fransanın paytaxtı Parisdə iğtişaşlar zamanı azı 855 nəfər saxlanılıb.
"Far.Az" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, ötən gün radikallar tərəfindən yandırılan meriya binasının zəng qülləsinin uçduğu Limojda daha 17 nəfər nəzarət altındadır.
Telekanalın məlumatına görə, etirazçılarla polis arasında baş verən toqquşmalar hüquq-mühafizə orqanları əməkdaşlarının yaralanmasına səbəb olub: Parisdə 13 polis və iki yanğınsöndürən xəsarət alıb. Qeyd olunub ki, etirazçılar arasında ölən var: yürüş iştirakçılarından birinin halı pisləşib, o, təcili yardım şöbəsində vəfat edib.
Eyni zamanda, Fransanın hüquq-mühafizə orqanları yağmaçılıq hallarının sayında kəskin artım qeydə alıb. "France 24" telekanalının məlumatına görə, cinayətkarlar etirazları bəhanə edərək Marseldə zərgərlik salonlarını, bahalı geyim və kosmetika mağazalarını dağıdıblar. Lildə "Apple" mağazasına, Nitsada isə idman geyimləri mağazalarına və motosalona soxulublar. Həmçinin etirazçıların qarət etdikləri əşyaları küçələrə səpələdikləri və vitrinləri sındırdıqları müşahidə edilib.
Oxşar xəbərlər
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir
-
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
-
Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib
-
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb













