Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
Far.Az xəbər saytı

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib


Bakıda İndoneziyanın Milli Kreativ İqtisadiyyat Gününə həsr olunmuş "İndoneziya Kulinariya Diplomatiyası Festivalı-2026" keçirilib.

"Report" xəbər verir ki, tədbir İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Milli Kreativ İqtisadiyyat Hərəkatının nümayəndəliyi ("Gekrafs Azerbaijan") ilə birgə təşkil olunub.

Festival İndoneziyanın Bakıdakı səfirliyinin ərazisində keçirilib. Tədbirin məqsədi Azərbaycan ictimaiyyətini İndoneziyanın milli mətbəxi və mədəniyyəti ilə tanış etmək, eləcə də İndoneziya diasporunun kiçik sahibkarlığına dəstək olmaq olub.

Tədbir çərçivəsində ziyarətçilərə ənənəvi İndoneziya yeməkləri təqdim edilib, kulinariya üzrə ustad dərsləri keçirilib və milli mətbəxin tarixi barədə məlumat verilib. Proqrama həmçinin musiqi çıxışları və ənənəvi İndoneziya geyimlərinin nümayişi daxil idi.

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi mədəni əlaqələrin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Festivalda diplomatik korpusun, İndoneziya diasporunun, yerli sahibkarların və medianın nümayəndələri də daxil olmaqla, 150-yə yaxın şəxs iştirak edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər