Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur.

9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,3 min ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 183 milyon 72,9 min ton yük daşıyıb. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon 793 min sərnişin və ya 9,7 % çoxdur.

Oxşar xəbərlər

Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər