Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb


Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Far.Az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ələt-Astara yolunda zəncirvari qəza: Yeddi nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər