"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu".
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir.
Bildirilir ki, Azərbaycan ilk müstəqillik mübarizəsini 1918-ci ildə aparıb. Böyük mübarizədən sonra müsəlman Şərqində ilk demokratik respublika quruldu. Lakin bu müstəqillik uzun sürmədi. 1920-ci ildə ölkə sovet işğalına məruz qaldı və azərbaycanlılar təxminən 70 il Sovet hakimiyyəti altında yaşadılar.
Qeyd edilir ki, 1980-ci illərin sonunda Sovet İttifaqının dağılma prosesi başlayanda Azərbaycan xalqı yenidən müstəqillik uğrunda ayağa qalxdı. İnsanlar aylarla meydanları tərk etmədilər:
"1990-cı il yanvarın 20-də sovet tankları Bakıya daxil oldu. Həmin gecə 147 nəfər müstəqillik uğrunda həyatını itirdi. Sovet qoşunları Bakıya girsə də, Azərbaycanı əbədi itirdi. Həmin gün Azərbaycan Ali Sovetində ölkənin taleyini dəyişən qərar qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı təsdiqləndi".
Lakin müstəqilliyin bərpası bütün problemləri həll etmədi. Ermənistanla münaqişə Qarabağda ağır böhrana çevrildi. Həmin dövrdə güclü və nizami ordu quruculuğunun tam formalaşmaması ölkənin vəziyyətini daha da çətinləşdirirdi.
Azərbaycanın çətinliklərdən çıxış yoluna ehtiyacı var idi. Xalq ölkəni böhrandan çıxara biləcək şəxsi tanıyırdı. Bu şəxs sovet dövründə də Azərbaycana rəhbərlik etmiş, müasir Azərbaycan dövlətçiliyinin qurucularından biri və xalqın ümummilli lideri Heydər Əliyev idi.
Heydər Əliyev 1993-cü ildə ölkənin məsuliyyətini öz üzərinə götürdü. Siyasi böhranın aradan qaldırılması istiqamətində addımlar atdı, iqtisadi islahatlara başladı və nizami ordu quruculuğuna xüsusi diqqət yetirdi. O, 2003-cü ildə vəfat etsə də, müəyyən etdiyi strateji xətt Azərbaycanın gələcək inkişafına təsir göstərdi.
Həmin il Prezident seçilən İlham Əliyev ordu quruculuğuna xüsusi önəm verdi. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri Qarabağın təxminən 30 illik işğaldan azad edilməsi idi.
Bu məqsədə tərəf dönüş 2020-ci il sentyabrın 27-də başladı. İlham Əliyevin əmri ilə hərəkətə keçən Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində işğal altında olan ərazilərin əhəmiyyətli hissəsini azad etdi. Qarabağda yeni mərhələnin əsası qoyuldu.
Lakin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra da bölgədəki problemlər tam həll olunmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu yeni hərbi əməliyyata başladı. 24 saatdan az davam edən əməliyyatdan sonra Azərbaycan Qarabağda tam nəzarəti bərpa etdi.
Sonrakı mərhələdə Azərbaycan davamlı sülhün təmin olunması üçün diplomatik səylərini davam etdirdi. Ermənistanla münasibətlərin normallaşdırılması və regionda yeni reallıqların qəbul edilməsi istiqamətində proses başladı.
Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammiti Azərbaycanın hərbi və siyasi nailiyyətlərinin beynəlxalq hüquq çərçivəsində rəsmiləşdirilməsi istiqamətində yeni mərhələ oldu. Azərbaycan sülhün ədalətli hüquq prinsipləri və beynəlxalq legitimlik əsasında qurulmalı olduğu mesajını dünyaya çatdırıb. İlham Əliyevin sözləri ilə desək, Azərbaycanın tarixində yeni dövr başlayıb: "Həm müharibəni, həm də sülhü qazandıq
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir
-
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
-
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
-
Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib













