Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib
Türkiyənin Antalya şəhərindən Moskvaya uçan "Corendon Airlines" aviaşirkətinə məxsus təyyarə dron hücumu təhlükəsi səbəbindən Sankt-Peterburqa yönləndirilib. Sərnişinlər hazırda Pulkovo hava limanında gözləyirlər.
Far.Az xəbər verir ki, XC9306 reysinin sərnişinlərinin sözlərinə görə, təyyarə Türkiyədən saat 21:20-də havaya qalxıb və Moskvanın Şeremetyevo hava limanında tətbiq edilən məhdudiyyətlərdən sonra gecə saat 02:00 radələrində Pulkovo hava limanına enib.
Lakin Sankt-Peterburq və Leninqrad vilayətində də dron hücumu təhlükəsi elan edildiyindən hava limanının fəaliyyətinə məhdudiyyətlər qoyulub. Sərnişinlər təxminən üç saat təyyarədə qaldıqdan sonra səhər saat 05:00-da düşə biliblər.
Məlumata görə, sərnişinlər hazırda hava limanında növbəti məlumatı gözləyirlər. Onların bəziləri yerdə və baqaj lentlərinin üzərində oturub, çamadanlar isə təyyarədə qalıb.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Sankt-Peterburq İqtisadi Forumu öncəsi Ukraynadan genişmiqyaslı PUA hücumu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir
-
Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
-
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb













