Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA
Bitki yağlarından dizel yanacağının tərkibində istifadə edilməsi bəzi zərərli tullantıların azalmasına imkan versə də, yanacaq sərfiyyatının artmasına və digər ekoloji problemlərə səbəb ola bilər.
Far.Az xəbər verir ki, bu nəticəyə Novqorod Dövlət Universiteti və Timiryazev Akademiyasının mütəxəssisləri apardıqları araşdırma zamanı gəliblər.
Tədqiqat çərçivəsində fıstıq və palma yağının dizel mühərrikinin işinə təsiri yoxlanılıb. Sınaqlar D-120 markalı dizel mühərrikində, onun standart sazlamaları dəyişdirilmədən aparılıb.
Məlum olub ki, fıstıq yağından hazırlanan qarışıq mühərrikin sabit işləməsinə imkan versə də, yanacaq sərfiyyatını 8-10 faiz artırıb. Eyni zamanda, karbohidrogen tullantıları 25-32 faiz, dəm qazının miqdarı isə 1,55 dəfə yüksəlib. Bununla belə, mühərrikin iş rejimindən asılı olaraq azot oksidlərinin və hisin miqdarı 10-25 faiz azalıb.
Palma yağı ilə aparılan sınaqlarda isə his tullantılarının 20-45 faiz azalması qeydə alınıb. Lakin bu qarışıqdan istifadə zamanı yanacaq sərfiyyatı 6,2-8,6 faiz artıb. Mühərrik yüksək yüklə işlədikdə dəm qazının miqdarı 6-8 dəfə yüksəlib. Bundan başqa, palma yağının nisbətən aşağı temperaturda qatılaşması da əlavə çətinlik yaradıb.
Novqorod Dövlət Universitetinin dosenti Aleksandr Kapustin bildirib ki, bitki yağlarını yanacaq sistemində müvafiq sazlama aparmadan istifadə etmək olmaz. Buna səbəb onların özlülük və alışma xüsusiyyətlərinin adi dizel yanacağından fərqlənməsidir.
Tədqiqatçılar hesab edirlər ki, bitki yağlarının dizel yanacağına əlavə kimi istifadəsi bu məhsulların geniş istehsal olunduğu bölgələrdə iqtisadi baxımdan məqsədəuyğun ola bilər. Bununla belə, texnologiyanın tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var.
Oxşar xəbərlər
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
"İvanovka"da kərə yağı SAXTALAŞDIRILIB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













