Minimum əməkhaqqı artacaq?
Far.Az xəbər saytı

Minimum əməkhaqqı artacaq?


Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil.

Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

"Minimum əməkhaqqı ən azı 800 manat olmalıdır ki, hər kəs rahat dolana bilsin. Tələbə olduğum halda 400 manat mənə kifayət etmir", - sakinlərdən biri söyləyib.

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin 44 faizinin sosialyönümlü olması nəzərdə tutulur. Eyni zamanda gələn il iqtisadi artımın 2.7 faiz olacağı proqnozlaşdırılır.

Belə olan halda növbəti ildə minimum əməkhaqqının artması üçün iqtisadi əsaslar nədən ibarətdir?

İqtisadçı Xalid Kərimli bildirib ki, minimum əməkhaqqı müəyyən edilərkən bir sıra amillər nəzərə alınmalıdır: "Minimum əməkhaqqına baxılmanı tənzimləyən qanunvericilik aktında bir neçə əsas məqam göstərilib. Burada iqtisadi inkişaf və iqtisadi artım göstəriciləri əsas rol oynayır.

Əmək məhsuldarlığının necə dəyişməsi, ortaaylıq əməkhaqqı, manatın alıcılıq qabiliyyəti, yəni inflyasiyanın səviyyəsi, sosial müavinətlər, yaşayış minimumunun dəyişməsi və iqtisadiyyatda məşğulluğun səviyyəsi də mühüm amillərdir. Hökumət minimum əməkhaqqını müəyyənləşdirərkən qanunda göstərilən bu amilləri kompleks şəkildə qiymətləndirməlidir".

Ekspert onu da qeyd edib ki, minimum əməkhaqqının çox artırılması iqtisadiyyatda məşğulluq problemlərinə səbəb ola bilər. Xalid Kərimlinin proqnozuna görə, bu artım 10-15% həddində ola bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər