Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında medal qazanmağa iddialıdır.
"Report" xəbər verir ki, idmançı bu barədə yarışdan sonra jurnalistlərə açıqlamasında deyib.
O, dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib:
"Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Tribunada hər kəs mənə sevgisini hiss etdirdi. Üçüncü yer uğrunda qarşılaşdığım Camal Qamzatxanov həm dostum, həm də məşq yoldaşımdır. Düzü, zədələrim olduğu üçün bu görüşə tam hazır deyildim. Belimdə və dizimdə zədə var idi. Buna baxmayaraq, tribunalardan gələn dəstək mənə əlavə motivasiya verdi və bürünc medalı qazandım".
Cüdoçu qarşıdakı hədəflərindən də söz açıb:
"Özümə və məşqçilərim Elxan Məmmədovla Mehman Cəfərova söz vermişdim ki, finallara qədər irəliləyəcəyəm. Uşanqi Kokauriyə uduzsam da, bürünc medalı əldə etdim. İnşallah, səhvlərimi düzəldib 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana medal gətirəcəyəm".
K. Nəsibov C. Qamzatxanovla keçirdiyi görüşü də dəyərləndirib:
"Məşqlərdə bir-birimizin texnikasını yaxşı bildiyimiz üçün ehtiyatlı güləşdik və bir-birimizə xal ata bilmədik. Buna baxmayaraq, qələbə qazanmağı bacardım".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Dünya çempionatı: Uşanqi Kokauri gümüş medal qazanıb - YENİLƏNİB-4
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib













