Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR
Far.Az xəbər saytı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR


"Meyvə-tərəvəz bazarında son bir ayda bütün məhsullar üzrə eyni qiymət dinamikası müşahidə olunmayıb. Xiyar, pomidor, bibər, badımcan, kök, soğan və kartof bahalaşdığı halda, alma, armud, üzüm, kivi və kələm kimi məhsulların qiymətində müəyyən uyğunlaşma qeydə alınıb".

Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, bəzi məhsulların qiymətində 7-10 faiz artım, digərlərində isə təxminən 5 faiz azalma müşahidə olunur:

"Bu dəyişikliklərin əsas səbəbləri mövsümi amillər, məhsul bolluğu, idxalın həcmi və daşınma xərcləridir.

Yay mövsümünün başa çatması ilə açıq sahələrdə yetişdirilən məhsullardan istixana məhsullarına keçid başlayıb. İstixanalarda enerji, istehsal və digər xərclərin yüksək olması xüsusilə xiyar, pomidor və badımcanın qiymətinə təsir göstərir. Eyni zamanda, kənd təsərrüfatında əkin, bitkilərə qulluq və işçi qüvvəsi xərclərinin artması da qiymətlərə təzyiq yaradır".

AQC sədri vurğulayıb ki, bahalaşmanı yalnız mövsümlə əlaqələndirmək düzgün olmaz:

"Məhsulların bazara bir neçə vasitəçi üzərindən çatdırılması, daşınma, satış yeri və digər xərclər də qiymətlərin yüksəlməsinə səbəb olur. Buna görə istehsalçıdan birbaşa bazara satış mexanizmlərinin təkmilləşdirilməsi vacibdir.

Bazarda qiymət təzyiqini azaltmağın əsas yolları məhsul bolluğunun təmin edilməsi və idxalın artırılmasıdır. Təklif genişləndikcə qiymətlərin sabitləşməsi üçün də imkanlar artır".

Orxan Hüseyn

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Pomidor və xiyar kəskin BAHALAŞIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər