Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Far.Az xəbər saytı

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişafıistiqamətləri müzakirə olunub.

Görüşdə ölkələrimiz arasında Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin siyasi iradəsinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin, davamlı inkişaf edən strateji tərəfdaşlığın həmkarlar ittifaqları arasında da əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli zəmin yaratdığı vurğulanıb.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratilla Rafiqov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin önəmini qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqları sisteminin modernləşdirilməsi, üzvlərin əmək hüquqlarının müdafiəsi və layiqli əmək şəraitinin təmin olunması istiqamətində görülən işlərdən bəhs edib, AHİK-in sağlamlıq və istirahət mərkəzlərinin fəaliyyəti və göstərdiyi xidmətlər, eləcə də Azərbaycanın sağlamlıq turizmi imkanları barədə məlumat verib.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum qarşılıqlı faydalı tərəfdaşlığın inkişafını, birgə layihə və təşəbbüslərin reallaşdırılmasını, təcrübə mübadiləsinin genişləndirilməsini və digər məsələləri nəzərdə tutur.

Görüşdə AHİK-in sağlamlıq və istirahət mərkəzlərinin fəaliyyəti, mövcud imkanları və göstərilən xidmətlər barədə təqdimat keçirilib.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər