Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb
Almaniyanın Essen şəhərində narkotik cinayətlərinə görə məhkum edilmiş türkiyəli Diyar Gündüz tibbi müayinə zamanı silahlı şəxslərin köməyi ilə mühafizəçilərin əlindən qaçıb.
BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 14-də baş verib. Radioloji müayinə üçün xəstəxanaya gətirilən Gündüzün qarşısını maskalı və silahlı iki nəfər kəsib. Onlar mühafizəçiləri zərərsizləşdirərək qandallayıb, silahlarını götürüblər.
Hücum edənlər xüsusi açarla Gündüzün ayaqlarındakı qandalları açaraq onun qaçmasına şərait yaradıblar. Binanın girişində qumbara maketinin qoyulduğu bildirilir. Gündüz və ona kömək edən şəxslər elektrikli skuterlərlə hadisə yerindən uzaqlaşıblar.
İki məhkəmə işi üzrə ümumilikdə 17 il həbs cəzası alan Gündüzün hökmləri qaçış zamanı hələ qüvvəyə minməmişdi. O və qaçışına kömək edən iki nəfər Avropada axtarışa verilib.
İstintaq materiallarına əsasən, Gündüz Cənubi Amerikadan Almaniyaya kokain, Niderland və İspaniya vasitəsilə isə marixuana gətirən qrupa rəhbərlik etməkdə ittiham olunur. O, həmçinin bir nəfərin qaçırılması və döyülməsi ilə bağlı cinayətlərdə təqsirli bilinib.
Qeyd edək ki, Gündüz 2025-ci ildə Kosta-Rikadan Almaniyaya gətirilən 94 kiloqram kokainlə əlaqədar saxlanılmışdı.
Oxşar xəbərlər
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Lexus RZ" - Elektrikli lüksün yeni erası
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir
-
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
-
Azərbaycan Premyer Liqasında X, XI və XII turun oyun cədvəli müəyyənləşib
-
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb













