Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar


Azərbaycan idmançıları oktyabrın 9-dan 11-dək Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından "Far.Az"a verilən məlumata görə, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medal qazanıblar.

13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala sahib çıxıblar.

Beləliklə, gimnastlar turniri üç qızıl və bir gümüş medalla başa vurublar.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 17 medalla başa vurublar
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər