Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Azərbaycan gimnastları Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış edərək, bir sıra proqramlarda final mərhələsinə vəsiqə qazanıblar.
"Report" xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov finala yüksəliblər.
Onlar qarışıq sinxron proqramda da birlikdə çıxış edərək həlledici mərhələdə iştirak hüququ qazanıblar.
Sinxron proqramlarda Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların yarışında, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişilərin mübarizəsində finalda mübarizə aparacaqlar.
Azərbaycan təmsilçiləri yamblinq üzrə yarışlarda da uğurlu nəticə göstəriblər. Tofiq Əliyev və Mixail Malkin təsnifat mərhələsini uğurla başa vuraraq həlledici raunda yüksəliblər.
Ümumilikdə yarışda Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.
Qeyd edək ki, yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir. Sabah yarışda final çıxışları keçiriləcək.
Oxşar xəbərlər
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













