Fərid Qayıbov: "Həndbol klublarına maddi dəstək yoxdur"
Far.Az xəbər saytı

Fərid Qayıbov: "Həndbol klublarına maddi dəstək yoxdur"


"Kür" APOEL-ə tam üstünlüklə qalib gəlib.

"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlayıb.

O, qadın həndbolçulardan ibarət "Kür" komandasının Kipr təmsilçisi APOEL-i məğlub etdiyi (39:13) EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:

"Komandamız tam üstünlüklə qələbə qazandı. Bu, yaxşı siqnaldır. Artıq yeni rəqibi gözləyirik. Komandamız dörd ildir ki, fəaliyyət göstərir. Komanda idman növlərinin bölgələrdə də inkişaf etməsini istəyirik. Azyaşlılar arasında da müxtəlif çempionatlar keçirilir. Azərbaycan Həndbol Federasiyasında müəyyən problemlər var və klublara maddi dəstək yoxdur. Biz bacardığımız qədər dəstək olmağa çalışırıq".

Xatırladaq ki, ötən gün ilk qarşılaşmada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb. Komandanın rəqibi oktyabrın 13-də bəlli olacaq.

Oxşar xəbərlər

EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
EHF Avropa Kuboku: "Kür" ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər