Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar ilə görüşüb, tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə M. Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələlərini müzakirə etdik", - nazir bildirib.
Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar (@AnasSarwar) ilə görüşdük. #Azərbaycan ilə #BirləşmişKrallıq arasında ikitərəfli #iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, #ticarət və #investisiya əlaqələrinin genişləndirilməsi, #biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələlərini müzakirə etdik. #Rəqəmsaliqtisadiyyat və #innovasiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi apardıq. #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 6, 2026
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













