Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Far.Az xəbər saytı

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi


"Sonra ödəyərəm"... Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imkan sayəsində müntəzəm ödənişləri bir dəfə təyin edib, qalanını mobil tətbiqə həvalə etmək mümkündür.

İstifadəçilərə iki rahat seçim təqdim edilir:

· Tarixə görə ödəniş: Müştərinin seçdiyi tarixdə məbləğ hesabdan və ya kartdan avtomatik çıxılır.

· Borca görə ödəniş: Cari borc yarandıqda ödəniş borc məbləğinə uyğun olaraq avtomatik həyata keçirilir.

Nəticədə ödənişi unutmaq riski aradan qalxır, vaxta qənaət olunur, hər şey isə tək toxunuşla idarə edilir. Artıq ödəniş tarixlərini yadda saxlamağa və ya son günə qədər gözləməyə ehtiyac yoxdur.

Sınamaq üçün Yelo App-ə daxil olub ödənişlər bölməsində "Yarat" seçiminə toxunun və öz avto-ödənişinizi saniyələr içərisində qurun. Qeyd edək ki, hələlik bu imkandan yalnız Android istifadəçiləri yararlana bilərlər.

Yelo Bank müştərilərinin gündəlik maliyyə rutinini daha da asanlaşdırmaq üçün Yelo App-i inkişaf etdirməyə davam edir. Yaxın dövrdə tətbiqdə yeni funksiyalar istifadəyə veriləcək, mövcud imkanlar isə daha da təkmilləşdiriləcək. Daha ətraflı: https://ylb.az/yldr.

Bankdan kredit ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər