Azərbaycan-Belarus parlamentlərarası əlaqələri müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan-Belarus parlamentlərarası əlaqələri müzakirə olunub


Azərbaycan-Belarus parlamentlərarası əlaqələri müzakirə olunub.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşündə söhbət aparılıb.

Görüşdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsi və ölkənin AQEM-ə uğurlu sədrliyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin də iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğun olaraq yüksək səviyyədə inkişafından məmnunluq qeyd edilib.

S.Qafarova 2024-cü ilin iyununda Belarusa rəsmi səfərini və keçirdiyi görüşləri, həmçinin Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun Azərbaycana səfərlərini xatırladaraq, parlamentlərin rəhbərləri səviyyəsində həyata keçirilən bütün bu səfərlərin və görüşlərin qanunvericilik orqanları arasında əlaqələrin mövcud səviyyəsinin uğurlu göstəricisi olduğunu bildirib.

Qeyd olunub ki, bu gün parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar, deputatlar qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə iştirak edirlər.

Qanunvericilik orqanlarının Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlığı qeyd edilib və bu istiqamətdə də fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər