Hindistan AQEM-ə üzv dövlətləri terrorçuluqla birgə mübarizəyə çağırıb
Far.Az xəbər saytı

Hindistan AQEM-ə üzv dövlətləri terrorçuluqla birgə mübarizəyə çağırıb


Hindistan AQEM-ə üzv dövlətlərə terrorçuluqla birgə mübarizəyə çağırış edib.

"Far.Az" xəbər verir ki, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, Hindistan Azərbaycanın növbəti dəfə iki il müddətinə AQEM-ə sədrliyini yüksək qiymətləndirir:

"AQEM-in sülh istiqamətində əməkdaşlığını dəstəkləyirik. Bu, Hindistanın bütün dünyanın bir ailə olması fəlsəfəsinə tam cavab verir. Biz inklüziv və konsensus prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlığı özündə ehtiva edən yanaşmanı dəstəkləyirik və çoxtərəfliliyin islahat edilməsinə, həmçinin qloballaşan dünyada meydana çıxan yeni çağırışlara adekvat cavab verə bilməsinə çağırış edirik".

Nazir vurğulayıb ki, müasir dövrdə təhlükəsizlik rifahın fundamental şərti olaraq qalır:

"Bu gün sülh və təhlükəsizliyə yönəlmiş başlıca təhdid terrorçuluqdur. Bunun heç bir üzrlü səbəbi mövcud deyil. Biz terrorizmə qarşı sıfır tolerantlıq mövqeyi sərgiləməli, sərhədlərdən kənarda da terrorçuluqla mübarizə aparmalıyıq. Bütün üzv dövlətlərə müraciət edirik ki, transsərhəd terrorizmə qarşı qətiyyətlə çıxış etsinlər".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər